Müəllimlərin Sertifikatlaşdırılması

24 iyun tarixində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edən məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Zeynalova Ruslana və İbayeva Günel sertifikasiya imtahanında 56 bal toplamışdır. Hər iki müəllim 2014-cü ildə keçirilmiş diaqnostik qiymətləndirmədə də yüksək bal toplayaraq seçilmişdirlər. Müəllimlər öz çıxışlarında qeyd etdilər ki, sertifikasiya imtahanları təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi yolunda çox böyük addımdır. Dövlətimizin müəllimlərə göstərdiyi diqqət və qayğı isə əvəz olunmazdır. Həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq.

#EduAz #BakuEduAz #Müəllim #MüəllimlərinSertifikatlaşdırılması #Sertifikatlaşdırma #İnkişafEdək #PeşəkarOlaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi