"Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar hamımızın bu günü və gələcəyidir” adlı tədbir keçirilib

141 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Qurban Abbasov adına Mədəniyyət sarayında Azərbaycanın, dünya şöhrətli siyasətçisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar hamımızın bu günü və gələcəyidir" adlı tədbir keçirildi. Təbdirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Ali Neft Məktəbinin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Elmar Qasımov və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin müəllim-şagird kollektivi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompazisiyanı yüksək qiymətləndirdi.141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova tədbirdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərək qeyd etmişdir ki, yetişməkdə olan gənc nəsil üçün Ulu Öndərin ömür yolu etalondur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi