Sən elə bir zirvəsən

Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirilir. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu səbəblə məktəbin Riyaziyyat müəllimi Karalova Zemfira və 7-ci sinif şagirdləri "Sən elə bir zirvəsən" adlı açıq dərs keçirildi. Açıq dərsdə 7-ci sinif şagirdi Əliyeva Aydan Ulu Öndərə həsr olunmuş, iki şeirini təqdim etdi. Daha sonra Əliyeva Aysu Ulu Öndərin ən çox sevdiyi "Küçələrə su səpmişəm" mahnısını sazda ifa etdi. Belə silsilə tədbirlərin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi