Kiçik akademiya

Bakı şəhəri 140 nömrəli tam orta məktəbdə yaradılan "Kiçik Akademiya" 2019-cu ilin fevral ayından fəaliyyətə başlamışdır. "Kiçik Akademiya" nın yaradılmasında əsas məqsəd V-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. "Kiçik Akademiya"nın fəaliyyətinin tənzimlənməsi məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. "Kiçik Akademiya" daxilində həyata keçirilən işlərin təqdimat və müzakirəsi təşkil edilir. "Kiçik Akademiya" nın şagirdləri məktəbin psixoloqu G.Bağırova-Babazadənin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayırlar. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" texniki fənləri, eləcə də humanitar, sosial elmləri əhatə edir
XƏBƏR LENTİ
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM