Kiçik Akademiya

Kiçik akademiyaBakı şəhəri 140 nömrəli tam orta məktəbdə yaradılan "Kiçik Akademiya" 2019-cu ilin fevral ayından fəaliyyətə başlamışdır. "Kiçik Akademiya" nın yaradılmasında əsas məqsəd V-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. "Kiçik Akademiya"nın fəaliyyətinin tənzimlənməsi məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. "Kiçik Akademiya" daxilində həyata keçirilən işlərin təqdimat və müzakirəsi təşkil edilir. "Kiçik Akademiya" nın şagirdləri məktəbin psixoloqu G.Bağırova-Babazadənin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayırlar. Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" texniki fənləri, eləcə də humanitar, sosial elmləri əhatə edir

Ətraflı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi