Paytaxtda məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və media nümayəndələri iştirak ediblər.Qeyd olunub ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müvafiq əmrinə əsasən, proses avqustun 1-dən sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatı vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək.Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.Bildirilib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsinin planlaşdırıldığı nəzərə çatdırılıb. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək. Gün ərzində təşkil olunacaq 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilir.Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilir, onlar üçün təlim kursları təşkil olunur. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, müəllimlər öyrədici təlimlərə cəlb edilir. Təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil olunan təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır.Məktəbəhazırlıq qruplarının fəaliyyətinin təmin olunması məqsədilə təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 və 272 nömrəli qərarlarının icrası barədə əmrlərinə əsasən, məktəbəhazırlıq qrupları yaradılacaq ümumi təhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində müvafiq kompleks tədbirlər görülüb.Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55 faizini əhatə edib. 2017-2018-ci tədris ilində həmin göstəricinin 65, 2018-2019-cu dərs ilində 75, 2019-2020-ci tədris ilində 90 faizə çatdırılması nəzərdə tutulur.Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.“Dövlət ümumtəhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi Qaydası”nın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2017-2018-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri Azərbaycan Respublikası təhsil nazirinin “2017-2018-ci dərs ilində dövlət ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə” 04 aprel 2017-ci il tarixli 184 nömrəli əmrinin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri Əmrə dəyişiklik edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri 2017-2018-ci tədris ilində Bakı şəhərində məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi ümumi təhsil müəssisələri Alternativ Qeydiyyat Mərkəzləri Apelyasiya komissiyaları 2017-2018-ci dərs ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna dair sual-cavab
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi