MƏKTƏB RƏĞBƏTLƏNDİRİLƏNLƏR İÇƏRİSİNDƏ
03 oktyabr 2015 -ci il tarixdə "Müəllim günü" və 2014-2015-ci dərs ilinin nəticələrinə əsasən uğura imza atan məktəblərin nümayəndələrinin iştirakı ilə "Movida plaza" restoranında Xətai rayon rəhbərliyinin təşkilatçılığı və iştirakı ilə ziyafət verilmiş, qiymətli hədiyyələr təqdim olunmuşdur.Məktəbimizdən tədbirdə iştirak üçün iyirmi nəfər dəvət olunmuşdur.Direktor, təşkilatçı, fiziki tərbiyə müəllimi, 650 -dən yuxarı bal toplayan məzun və "Şahin" hərbi idman oyununun Respublika üzrə 16 nəfərdən ibarət çempionları.İcra başçısı Razim müəllim tədbidə iştirak edənlərin hamısını təbrik etdi. Hamıya qiymətli hədiyyə təqdim olundu.Ölkəmizdə yaradılan xoş şəraitə görə prezidentimizə təşəkkür etdi.