Qızıl medalçımız

IV İslam Həmrəylik Oyunlarında məktəbin 11-ci sinif şagirdi,24/01/1999 təvəllüdlü Heydərov Roman Gülbala oğlu Karate idman növü üzrə iştirak etmişdir. O, +84 kq çəki dərəcəsində kata növündə yarışa 8/1 finaldan başlayıb. İndoneziya idmançısı Əhməd Yudanı 4:1 hesabı ilə məğlub edən Roman dörddəbir finala çıxıb. Bu mübarizədə iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gələn R.Heydərov yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda Roman birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarla qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən idmançımız finala adlayıb. Finalda türkiyəli Mehmet Yakana 3:2 hesabı ilə qalib gələn Roman "Bakı - 2017" nin qızıl medalına yiyələnib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi