İnklüziv sinifdə "Açıq dərs"

14.04.2017- ci il tarixində Almaniyada inklüziya istiqaməti üzrə beynəlxalq sertifikata layiq görülən , " İnkişaf Naminə İdman " İctimai Birliyinin təşkilatçılığı ilə TOPS layihəsində təlimlərdən keçmiş 138 № li tam orta məktəbin inklüziv ibtidai sinif müəllimləri Gülər Abdullayeva və Səbinə Əliyevanın fiziki tərbiyə fənnindən "Açıq dərs" keçirildi. "Açıq dərs"də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Təhsil Nazirliyi D-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi Təhsil şöbəsinin müdiri Anar Xələfov, " İnkişaf Naminə İdman " İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsinin üzvü Mehman Kərimov , "British Council" təşkilatının nümayəndəsi Nigar Bayramova, "TOPS" layihəsinin rəhbəri Vəli Musayev iştirak etmişdir."Açıq dərs" dən sonra qonaqlara məktəbin idman, hərbi-idman sahəsindəki uğurları, təlimdəki nailiyyətləri, inklüziya sahəsində əldə olunmuş nəticələr, ümumi vəziyyət barədə məlumat verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi