"Ümumdünya Fiziki Aktivlik Günü"
Gənclər və İdman Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə təşkil etdiyi " 6 aprel-Ümumdünya Fiziki Aktivlik Günü"nə həsr olunmuş "Gəncliyin Sağlamlıq Festivalında" fəal iştirakına görə 138 № li tam orta məktəb II dərəcəli Diplomla təltif olunmuş, keçirilən yarışların nəticəsinə görə şagirdlərimiz II yerə layiq görülmüşlər.