Ümummilli lider Heydər Əliyevin anım günü tədbirləri silsiləsindən...

12 dekabr - Müasir Azərbaycan dövlətinin memarı, qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Həyatını Azərbaycanın inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin Vətəninə sevgisi, xalqı və dövləti üçün həyata keçirdiyi siyasət hər birimiz üçün nümunədir.

12.12.2023 cü il tarixində 138 nömrəli tam orta məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər şagirdlər işdirak edirdilər.

Şagirdlərə Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, müstəqil Azərbaycanın taleyində əvəzsiz xidmətləri haqqında məlumatlar verildi. Daha sonra şagirdlər hazırladıqları şeirləri səsləndirdilər.

#12dekabr 

#HeydərƏliyev 

#AnımGünü

#Məktəb138

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi