" Bilik günü" nə həsr olunmuş tədbir

15 sentyabr ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur. Tədbirdə məktəbin direktoru M.M.Mirheydərli, Şəhid məzunumuz Vüsal Şahmarlının anası Sevər vanım, Xətai rayon İH nümayəndəsi Atabəy müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Aytən Həsənova, Aynurə Əzizova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Siman Xudayev, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru tədbiri açıq elan edərək ilk öncə məktəbə ilk qədəmlərini basan birinciləri təbrik edib, onlara uğurlar arzulayıb. 

2023-2024-cü tədris ilinin ilk dərsinin “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olundu. Dərsdə şagirdlər Ulu Öndər Heydər Əliyevin müdrik sözlərin söyləyib onu  dərin ehtiramla yad etdilər. Prezidentimiz İlham Əliyevin 44 günlük müharibədə xalqa dəstək sözlərini fəxrlə söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi