Peşə təhsili ilə bağlı növbəti maarifləndirici tədbir

10 aprel 2023 - cü il tarixdə məktəbin Akt zalında Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə məktəbin 9 - cu siniflərində təhsil alan şagirdlərlərlə təhsil mərkəzinin nümayəndələrinin görüşü keçirilib. Maarifləndirici görüşdə şagirdlərə bu təhsil mərkəzində tədris olunan peşələrlə bağlı ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Maarifləndirici tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Həsənova, uşaq birliyi təşkilatının rəhbəri Nazənin Muradova və 9 - cu siniflərin rəhbərləri iştirak ediblər. Tədbirin sonunda şagirdlərə maarifləndirici bukletlər paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi