Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Bilik yarışı"

06.04.2023 - cü il tarixdə məktəbdə uşaq birliyi təşkilatının rəhbəri Nazənin Muradovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Bilik yarışı" keçirilib. Bilik yarışında məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Aytən Həsənova və 8 "A" və 8 "B" siniflərindən birlikdə 6 komanda iştirak edib. Bilik yarışında şagirdlər Azərbaycan tarixi, Azərbaycanın dahi şəxsiyyətləri, Azərbaycan musiqisi, Azərbaycan filmləri və Azərbaycanın memarlıq abidələri haqqında təqdim olunmuş sualları cavablandırıblar. Yarışın nəticələrinə əsasən məktəbin 8 "A" sinfinin "Qafqaz" komandası I yer, 8 "B" sinfinin "Zəfər" komandası II yer, 8 "A" sinfinin "Qarabağ" komandası isə III yerə layiq görülüb. Sonda qalib komandalar Diplomla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi