"1 mart Ümumdünya Mülki Müdafiə günü" nə həsr olunmuş tədbir

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix  1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.
Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Məktəbimizin hərbi rəhbəri Teymur Heydərov 1 Mart Mülkü Müdafiə Günü haqqında şagirdlərə  məlumat verdi. Şagirdləri  əyani surətdə fövqaladə hallar baş verdiyi zaman necə davranmaq lazım olduğunu  nümayiş etdirdi. Daha sonra 5c sinfi Mülki Mūdafiəyə həsr edilmiş slayd nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi