"Beynəlxalq Ana günü"nə həsr olunmuş tədbir

20.02.2023-cü il tarixdə 
Xətai rayonu 138 nömrəli tam orta məktəbin 8a sinfində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qəmərxanım Cavadovanın Beynəlxalq Ana Dili Gününə həsr edilmiş açıq dərsi keçirilmişdir. Şagirdlər Beynəlxalq Ana Dili  Gününün yaranması tarixindən danışmış, ana dili haqqında şeirlər söyləmiş, kompozisiya , stend və slaydlar hazırlamışlar. Həmçinin Ana Dili Gününə həsr olunmuş videosüjetlərə baxılmış, mahnılar dinlənilmişdir. Dərsin sonunda məktəbin tərbiyə  işləri üzrə direktor müavini  Siman  Xudiyev çıxış edərək, müəllimə və şagirdlərə təşəkkür etmiş, onlara yeni uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi