"Erkən nikah və onun fəsadları" mövzusunda tədbir

138 saylı tam orta məktəbin psixoloqları Əliyeva Günel və Paşayeva Tükəzban tərəfindən "Erkən nikah və onun fəsadları" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə həm şagirdlər, həm də valideynlər üçün maarifləndirmə işi aparılmışdır. Tədbirin keçirməsində əsas məqsəd valideyn və şagirdlərin erkən nikahın yaratdığı psixoloji və fizioloji zərərlər barədə məlumatlandırılması və erkən nikaha gətirib çıxaran səbəblər barədə düzgün istiqamət verilməsidir. Tədbirdə qonaq olaraq uşaq nevropatoloqu Ağabalayeva Leyla iştirak etmiş və öz təcrübələrini bölüşmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi