“Peşəkarlıq yolunda” adlı tədbir

138 nömrəli tam orta məktəbdə “Peşəkarlıq yolunda” adlı tədbir keçirildi. Tədbirdə təlim tərbiyə işləri üzrə direktor müavini  Aytən Həsənova və təşkilatçı Siman Xudayev 9-cu siniflərlə  bu mövzuda söhbət apardılar, düzgün peşə seçiminin vacibliyini vurğuladılar. Onlar  bu barədə uşaqlara geniş məlumat verərək bildirdilər ki, peşəkarlıq - insanın topladığı bilik və təcrübə sayəsində öz işini mütəmadi olaraq səmərəli və etibarlı şəkildə yerinə yetirmək bacarığıdır. Aytən Həsənova şagirdlərə peşəkar insan olmaq üçün nə etməlidir sualını verərək onlarla bu mövzuda diskusiya apardı. Peşəkar bir insan, həyatını monoton qəbul etməyən, məlumat yönümlü və inkişafa açıq bir insandır.  Siman Xudayev isə hər hansı bir peşənin sahibi olmaq, ümumiyyətlə, sənət sahibi olmaq ən son mərhələdə insandan peşəkarlıq tələb etdiyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi