Şəhid məzunumuz Xudiyev Turalın doğum günü

Bu gün Şuşa fatehi - qəhrəman Tural Xudiyevin doğum gününü andıq, xatirəsini yad etdik. Onun keçdiyi şərəfli, lakin qısa həyat yolunu işıqlandıraraq yetişən nəslə onu yaxından tanıtdıq. Məktəbin direktoru Mirfaiq müəllim dərin məzmunlu çıxışında 44 günlük müharibə, onun mahiyyəti, Şuşa döyüşləri haqqında, eləcə də Şuşa fatehlərinin dastanlara sığmayan şücaətindən məktəblilərə söz açdı. Turalın doğmaları,sinif yoldaşları, müəllimləri də onun haqda ürək sözlərini dedilər, xatirələrini paylaşdılar. Tədbirdə təqdim olunan video - çarxlar, şagirdlərin təqdimatları, şeirlər şagirdlərdə formalaşmış yüksək vətənpərvərlik ruhundan xəbər verirdi. Əmin olduq ki, yetişən nəsil qəhrəmanlarımızın layiqli davamçıları olacaqlar. CƏNNƏTDƏKİ AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi