Narkomaniyaya yox deyək

Xətai Rayon Polis Idarəsinin təşəbbüsü və təşkilatçılığı ilə 02 dekabr 2016 - cı il tarixində məktəbdə "Narkomaniyaya yox deyək" adı altında keçirilən tədbirdə şagirdlərimiz, praktikant tələbələr, müəllim və valideynlər üçün olduqca maraqli anlar yaşandi. Xətai Rayon Polis Idarəsinin rəisi polis polkovniki Muradəli Babayevin maraqlı, səmimi çıxışı, tövsiyyələri uşaqlarımız tərəfindən maraqla qarşılandı. Tədbirdə Rəisin şəxsi heyətlə iş üzrə köməkçisi Polis Polkovnik leytenantı Idris Məhərrəmov, Respublika Narkoloji Mərkəzin həkimi Bilal Əsədov iştirak və çıxış etdilər. Məktəbdə aparılan maarifləndirmə işlərindən, şagirdlərimizin zərərli vərdişlərdən uzaq olmaları üçün idmana, idman yarışlarına verdiyimiz önəm və əldə etdiyimiz uğurlar barədə qonaqlarımızı məlumatlandırdıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi