Ekologiyamıza münasibət vətənpərvərlikdən keçir

13.10.2016 сı il tarixdə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə məktəbdə " Ekoloji təmiz məhsullar və sağlam bədən" mövzusunda tədbir keçirilmişdir.Qonaqları salamladıqdan sonra məsələnin mahiyyəti barədə tədbirin təşkilatçısı İqtisad Universitetinin Layihələr və Kommunikasiyalar Departamentinin rəhbəri Nihad Allahyarlı geniş məlumat vermişdir.Milli Məclisin deputatı, Kinq Boksinq Federasiyasının Prezidenti Adil Əliyev gənclərimizin sağlam həyat tərzi keçirmələri, ətraf mühitin qorunmasında onların fəaliyyətinin istiqamətləri eləcədə ətrafımızda olan müsəlman ölkələrində baş verən mənfi meyllərin təhlükəsi barədə ətraflı çıxış etdi. Sonra Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Layihələr üzrə meneceri Fidan Ağayeva, Cüdo İdman növü üzrə "tərəqqi" medalına layiq görülən idmançımız Orxan Səfərov şagirdlərimizlə fikirlərini bölüşdülər.Sonda qonaqlara məktəb rəhbərliyinin təşəkkürü ünvanlanmışdır.