“Şuşam mənim” adlı tədbir

27 may 2022 il tarixində Bakı şəhəri 138 saylı məktəbdə “Şuşam mənim” adlı tədbir keçirilmişdir.
  Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir Azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər haqqında, müharibə qəhramanları haqqında şeir və musiqilər səsləndi.
Məktəbin 2 “D” sinif şagirdləri bu tədbirdə öz məharətlərini nümayiş etdilər. Tədbirin sonunda məktəbin direktoru M.M. Mirheydərli , direktor müavinləri  Aynurə Əzizova, Aytən Həsənova çıxış edərək  2 “D” ibtidai sinif müəllimi Əmirova Sevincə və valideyinlərə öz ürək sözlərini çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi