" İrəvan Müəllimlər Seminariyası - 140 "

İrəvan Müəllimlər Seminariyasının 140 - illiyin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin sərancamından irəli gələn tədbirlər planı layihəsində Bakı şəhəri Xətai rayonu 138 saylı tam orta məktəbdə

25/05-2022-ci  il tarixdə  "İrəvan Müəllimlər Seminariyası - 140 " adlı tədbir keçirildi. Tədbir "İrəvanda bir quyu var"

xalq mahnısına hazırlanmış kompozisiya ilə başlayaraq ovqatı İrəvanın tarixinə köklədi. Tədbirdə İrəvanın tarixi, İrəvan Müəllimlər Seminariyası haqqında video - çarxlar göstərildi, çıxışlar edildi. Bədii hissədə məktəb şagirdlərinin təqdim etdikləri qədim "İrəvan yallısı", "İrəvanda xal qalmadı", "İrəvanim İrəvan "xalq mahnıları, eləcə də vətənpərvərlik mövzusundakı şeirlər tədbirin məqsəd və mövzusunu tamamladı. Tədbirdə Azərbaycanın görkəmli araşdırmaçı alimləri Fərrux Rüstəmov, Cəlal Allahverdiyev, İntiqam Cəbrayılov, Vüqar Rəhimzadə, Əfqan Rzayev, Pənah İmanov, millət vəkili Əziz Ələkbəri, şəhid atası Arif müəllim iştirak edirdi.
 O an tədbir iştirakçıları hamısı sanki Qərbi azərbaycanlı idi. Qədim İrəvan mahnıları iştirakçıları  xəyalən
İrəvan torpaqlarına apardı.

Allahverdiyev Cəlal çıxışında tədbirin onda yaratdığı təəssüratı qeyd edərək: " Baxmayaraq ki, bu tədbir kiçik məktəb zalında keçirilir, ancaq böyük dövlət tədbirləri ilə müqayisə oluna biləcək möhtəşəm bir tədbirdi", - dedi. Azərbaycan Respublikası Təhsil İnstitunun əməkdaşı, professor İntiqam Cəbrayilov isə qeyd etdi ki, " Bu tədbir universitet zallarında keçirilən tədbirlər səviyyəsindədir". İbtidai sinif şagirdlərinın hazırladıqları, "Azərbaycan bayrağı"

kompozisiyası və Heydər Əliyevin "Vətəndən pay olmaz" sözləri ilə eyni adlı mahnının sədaları altında tədbir sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi