" OXU GÜNÜ " GƏLİN BİRGƏ OXUYAQ!

22 aprel 2022 - ci il tarixində 138 saylı tam orta məktəbin kitabxanasında "Oxu günü " monitorinqi çərçivəsində tədbir keçirildi. Tədbirdə  məktəbin ədəbiyyat müəllimi Sədaqət  Muradova və 6a sinfinin şagirdləri iştirak edirdi. Sədaqət müəllimə çıxış edərək  şagirdlərə bədii ədəbiyyatın insan  taleyindəki rolundan, insanın formalaşmasında mütaliənin əhəmiyyətindən danışdı.

Tədbirdə ibtidai siniflərdən 2 - ci və 3 - cü sinif şagirdləri də iştirak  etdilər, oxuduqları bədii  əsərləri  müzakirə  etdilər. Xüsusilə seçilən uşaqlar diplom və kitablarla mükafatlandırıldılar. Sonda məktəbin  direktoru Mirheydərli Mirfaiq, təlim-tərbiyə işləri üzrə  direktor müavini Əzizova Aynurə və Aytən  Həsənova çıxış edərək şagirdləri  təbrik etdi və onlara təhsildə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi