İrəvan Müəllimlər Seminariyasının 140 illiyi münasibətilə keçirilən Breyn Rinq.

12.04.2022-ci il tarixində 138 saylı məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Cavadova Qəmərxanım, Muradova Sədaqət və İsmiyeva Nərgizin təşkilatçılığı və rəhbərliyi ilə 5a, 6a, 6b, 7a, 7b sinifləri arasında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə və İrəvan Azərbaycan Teatırının fəaliyyətinə həsr olunmuş Breyn Rinq (yarışma) keçirildi. Breyn Rinqdə şagirdlər komandalar şəklində İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti, ilk müdirləri, ilk Azərbaycan dili və şəriət müəllimləri, Azərbaycan xalqının mədəni-maarif tarixındə silinməz iz qoymuş məzunları haqqında aparıcının verdiyi sualları cavablandırdılar. İrəvan Azərbaycan Teatırının yaranması, ilk tamaşaları, aktyorları, ilk qadın aktrisası və s. haqqında məlumat verdilər. 
Breyn Rinqdə bütün suallar balla qiymətləndirildi. Fasilələrdə qədim İrəvan musiqiləri səsləndirildi. İrəvanın və Qərbi Azərbaycanın tarıxi yerləri, məsçidləri və digər tarixi abidələrinin şəkil-slaydları nümayiş etdirildi. Sonda qalib komanda və digər iştirakçılar kitab və diplomlarla mükafatlandırıldılar.
Breyn Rinqdə məktəbin direktoru M.M.Mirheydərli, təlim - tərbiyə işləri üzrə direktor müavinləri Aynurə Əzizova, Aytən Həsənova və müəllimlər iştirak edirdilər.
Son söz kimi M.M.Mirheydərli çıxış edərək Breyn Rinqin təşkilatçıları və iştirakçılarını təbrik edərək təşəkkürünü bildirdi və İrəvan, Qərbi Azərbaycan torpaqları haqqında xatirələrini danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi