APREL DÖYÜŞLƏRİ İLƏ BAĞLI TƏDBİR.

  04.04.2022-ci il tarixində məktəbin fəaliyyət planına əsasən Aprel döyüşlərinin 6-cı il dönümünə həsr olunmuş "Aprel döyüşü böyük zəfərin başlanğıcı" adlı tədbir keçirilmişdir.Tədbir şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra şagirdlərimiz isə ruhu şad olan əsgərlərimizin əziz xatirəsinə vətənpərvərlik haqqında şeirlər söylədilər.

 2016 cı il Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinin başlanğıcı oldu.Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
   Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Məhz, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi. Eyni zamanda, Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirdi. Bu birlik Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrildi.
    Azərbaycanın ərazi bütövlüyü uğunda canından keçən bütün şəhidlərimizin ruhunu hörmət və ehtiramla yad edərək ailələri qarşısında baş əyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi