"Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlim keçirildi

21.04.2016-cı il tarixdə məktəbdə “Multikulturalizm ili” çərçivəsində "Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlim keçirilmişdir. Bu təlim Təhsil nazirliyinin lahiyyəsidir. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub.İnteraktiv formada keçirilən təlimdə “Biz hamımız insanıq və hamımız eyniyik”, “Mənim multikultural Azərbaycanım” mövzularında təlimçilər və öz qruplarını təqdim edən gənc liderlər təqdimatlar etdilər. Bildirilib ki, layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm müsabiqələri keçiriləcək.