"Dilimizdəki xəzinə" layihəsi

Məktəbin ibtidai sinif müəllimi Azayeva Vahidə 4A sinif şagirdləri ilə birgə qatıldıqları növbəti etvinning layihəsində bir-birindən maraqlı fəaliyyətlər icra etdilər. Layihəyə Azərbaycan və Türkiyə məktəblərindən müəllim və şagirdlər qoşulmuşdu. Layihənin qurucu ortaqlarından biri də Vahidə müəllimdir.
  "Dilimizdəki xəzinə" layihəsinin əsas məqsədi hər iki dildə işlənən atalar sözləri və deyimləri öyrənmək və daimi yaddaşlarında qalmasını təmin etməkdir. Layihə boyunca müxtəlif məzmunlu atalar sözü və deyimləri səhnələşdirdilər, rəsmlərini çəkdilər, atalar sözünə uyğun maketlər hazırladılar. Onlayn görüşlər zamanı hər iki ölkə uşaqları arasında körpü yarandı, bir-birilərinə suallar verərək, qardaş ölkənin məktəblərini vizual olaraq tanımağa çalışdılar. Hər iki ölkənin əlamətdar günlərini qeyd edərək, müktəlif tapşırıqlar yerinə yetirdilər. 28 may Respublika günü ilə əlaqdar onlayn görüş zamanı türk uşaqlar bizim üçün "Azərbaycan" mahnısını ifa etdilər. Həmçinin, müxtəlif web.2 alətlərdən istifadə edərək İKT bacarıqlarını inkişaf etdirdilər.
 Layihə şagirdlərin əylənərək öyrənməsini təmin etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi