"Mən məktəbdə xoşbəxtəm"

Məktəbin ibtidai sinif müəllimi Azayeva Vahidə 4A sinif şagirdləri ilə birgə eTwinning də "Mən məktəbdə xoşbəxtəm" adlı layihədə iştirak edirlər. Layihədə müxtəlif ölkələrdən 5-11 yaş arası şagirdlər qoşulmuşlar. Mütəxəssislər hesab edirlər ki, açıq havada təhsil daha çox həvəsləndirici, stimullaşdırıcı və təlim prosesinə güclü təsir göstərir. Fiziki hərəkət uşağın əqli inkişafına kömək edir, emosional dəyişkənliyin qarşısını alır, onun temperamentini və münasibətini formalaşdırır. Bu layihə şagirdlərə əqli, emosional və fiziki sağlamlığın vacibliyi və açıq havada öyrənmə, əylənmək, sinif otağını açıq yerə köçürmək haqqında maarifləndirməyə yönəlmiş fiziki fəaliyyətlərdən ibarətdir.
Layihə boyunca şagirdlər digər ölkələrin şagirdləri ilə onlayn görüşlərdə iştirak edərək, ünsiyyət qurmuş, onların təhsil mühitinə, vizual olaraq sinif otaqlarına səyahət etmiş oldular. Müxtəlif veb.2 alətlərlə İKT bacarıqlarından istifadə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi