Füzuli aylığı çərçivəsində bir sıra dərslər

Orta əsrlər Azərbaycan dilində yüksələn şerin ən uca zirvəsi Füzuli yaradıcılığıdır. Füzuli yaradıcılığının aşağı siniflərə tanıtdırmaq və sevdirmək məqsədilə Füzuli aylığı çərçivəsində bir sıra dərslər Füzuli yaradıcılığına həsr olunmuş, təqdimat və söhbətlər aparılmışdır. Onlardan biri də 5C sinfində Aysel Hacıyevanın rəhbərliyi ilə keçirilmişdir. Şagirdlərdə bədii əsərləri hadisələrin məzmununa uyğun ifadəli oxu, rollar üzrə ifadəli oxu bacarığını inkişaf etdirmək üçün M.Füzulinin "Meyvələrin söhbəti" əsərinə müraciət edilmişdir. Dərsin sonunda müəllimin istiqamətləndirilməsi ilə Füzulinin zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə, yersiz qürur, mənasız öyünmələrə münasibəti aydınlaşdırılmış, müzakirə edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi