Nailiyyətlərimiz

Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatıMayın 19-21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirildi.Dünya Güləş Birliyinin qaydalarına əsasən, yarışda güləşçilər 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə nümayəndəliklər üzrə keçirilən seçim yarışları artıq başa çatıb. Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış yerə uyğun olaraq Azərbaycan çempionatında iştirak hüququ əldə ediblər.Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində, ümumilikdə, 1285 yeniyetmə güləşçi mübarizə aparıb. Onlardan 743-ü sərbəst, 542-si isə yunan-Roma güləşi üzrə yarışlarda qüvvəsini sınayıb. Azərbaycan çempionatında federasiyanın 8 nümayəndəliyini təmsil edən 195 sərbəst və 180 yunan-Roma güləşçisi iştirak edib. Məktəbimizin 9c sinif şagirdi Feyziyev Camal bu yarışda Azərbaycan çempionu oldu.

RESPUBLİKA FƏNN OLİMPİADALARININ RESPUBLİKA MƏRHƏLƏSİNİN YARIMFİNAL TURUNUN NƏTİCƏSİRespublika fənn olimpiyadalarının respublika mərhələsinin yarımfinal turunda 3700-ə yaxın şagird iştirak etmiş və bu mərhələlərin nəticələrinə əsasən növbəti final turunda 480 şagird uştirak etmək hüququ əldə etmişdir.Yarımfinal turunda iştirak edən məktəbimizin şagirdı11C sinif şagirdi Nurlan Yusifov Xanəhməd oğlu coğrafiya fənnindən - II yer tutmuşdu. Digər şagirdlərimiz 11C sinif şagirdi Şölə Əhədova Səttar qızı Azəbaycan dili fənnindən 80, 9C sinif şagirdi Məhluqə Səfərli Qadir qızı Azərbaycan tarixindən tapşırığı 68 faiz yerinə yetirmişlər.

Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi10.03.2015-ci il tarixində məktəbimizdə Ümümtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə ümümmilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş inşa müsabiqəsinin ilk mərhələsi keçirilmişdir. Müsabiqədə 9"C"sinif şagirdi İsmaylova Günel İsmayıl qızı I yerə çıxdı. Qalib gəlməsi münasibəti ilə məktəbin direktoru Qasımova Lütfiyyə onu I dərəcəli diplomla təltif etdi. Ona təhsildə uğurlar dilədi.

HAQQIMIZDA

    Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəb 1973-cü ildən fəaliyyət göstərir. Məktəb 1994 – ...

BİZİM FƏXRLƏRİMİZ

Rəşad Allahverdiyev Əziz

Cavid Feyziyev Cəlal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi