“Qızıl payız” körpə balaların gözü ilə

28 noyabr 2019-cu il tarixində məktəbəhazırlıq “A” sinif rəhbəri Yasəmən Həsənovanın təşkilatçılığı ilə körpə balaların əl işlərindən “Qızıl payız” körpə balaların gözü ilə adlı sərgi təşkil olundu. Sərginin keçirilməsində əsas məqsəd şagirdlərin ətraf aləm barədə təfəkkürünü, yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirmək, kollektivdaxili münasibətləri, sağlam rəqabət aparmaq bacarıqlarını ön plana çıxarmaqdan ibarətdir.
Belə yaradıcı sərgilərin təşkil olunmasını uşaqların estetik zövqünün formalaşmasında və inkişafında mühüm rol oynayır.