“Qızıl payız” adlı tədbir keçirilib

14 noyabr 2019-cu il tarixində Əliyeva Könül 5 yaşlı qrupun istirakı ilə "Qızıl payız" adlı bayram tədbiri keçirdi. Bu tədbirdə uşaqlar payız fəslinə aid öz əl işlərini nümayiş etdirmiş, şeirlər , mahnılar söyləmiş və müxtəlif səhnələr göstərərək tədbirə xüsusi rəng qatmışlar. Tədbir zamanı uşaqlar arasında intelektual və əyləncəli yarışlar da keçirib. Əliyeva Könül keçirilən bayram tədbirində uşaqlara bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa və bədənin inkişafına xeyrli, təsirləri haqqında məlumat verdi.
Belə tədbirlərin məktəblərdə tez – tez keçirilməsi fidan balaları sevindirməklə bərabər, həm də onlarda bir çox müsbət keyfiyyətlərin yaranmasını və inkişafını sürətləndirir. Qeyd etmək lazımdır ki, Əliyeva Könül şagirdlər arasında belə tədbirləri mütamadi olaraq keçirir.