Müqəddəs bayrağım mənim

“Bayraq mənliyimdir, bayraq kimliyim
Bayraq öz yurduma öz hakimliyim.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.”
9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar məktəbizdə bir çox tədbirlər həyata keçirildi.
Belə ki, məktəbimizdə məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edildi. Eləcə də məktəbimizdə dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları keçirildi. Bütün siniflərdə təşkilat saatları bayraq gününə həsr olundu.
Bayraq günü münasibətilə hər birinizi təbrik edir, xalqımıza əmin amanlıq, ölkəmizə daha böyük tərəqqi və yüksəliş arzulayırıq.