Heydər Əliyev -96

10 may 2019-cu il tarixində  birinci dərs saatı Heydər Əliyevin anım gününə həsr olundu. Muəllimlər şagirdlərə onun haqqında geniş məlumat verdilər. Şagirdlərin Ulu öndər haqqında söylədikləri dinlənildi.

Tarix müəllimi Abasov Rasim 10b sinifinin iştirakı ilə “Azərbaycanın qurucusu” adlı seminar keçirdi. Şagirdlər Ulu öndərin xalqımızın rifahının yüksəlməsi  üçün gördüyü quruculuq işlərindən danışdılar.

 Səsləndirilən ifadələrdə, Heydər Əliyevin Azərbaycanın varlığını, birliyini, müstəqilliyini, dövlətçiliyini və Azərbaycanın gələcəyini qoruyan tarixi şəxsiyyət olduğu  bir daha təsdiqləndi. Onun varlığı bizim xalqın yenilməzliyi və əzmkarlığıdır. Bəzən sözlər belə kifayət etmir Heydər Əliyevi ifadə etməyə, çünki ümummilli liderimiz bundan da çoxunu Azərbaycan xalqı üçün etmişdir. Onun sayəsində Azərbaycan dünyada və regionda öz layiqli yerini tutmuşdur. Heydər Əliyevin Azərbaycan şeirini söylədiyi anlar isə, onun Azərbaycana nə qədər bağlı bir şəxs olduğunun baris nümunəsidir.

           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi