Cahana sığmayan şair

    “Nəsimi ili” ilə əlaqədar məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Almazın təşkilatçılığı ilə Nəsiminin 650 illik yubleyinə həsr olunmuş “Nəsimi gecəsi” keçirildi. Tədbiri  Bağırova Almaz açaraq:

          “Zaman keçir, qərinələr dəyişir, silinən və silinməyən izlər öz yerini tutur. Zaman çalxalanır, ağır nə varsa dibə çökür, yüngül, xəfif olanlar üzə çıxır, yox olur. Dibə çöküb özünə yer edənlərdən biri də İmaməddin Nəsimidir.

          Məcazlarla Nəsimi dühasını əks etdirməyə çalışsaq da, mənə elə gəlir ki, məcazlar, emosialar, hisslər, duyğular bunu əks etdirməkdə acizdir. Çünki  şair kamillik zirvəsini fəth etmişdir. Gözəl şair, gözəl insan, gözəl rəssam və.s ola bilərsən. Kamil insan olmaq çox çətindir. Nəsimi bu dərəcəni ölümün gözünə baxa-baxa əldə etdi. Tutduğu yolun  haqq olduğunu sübut etmək üçün soyuldu, kəsildi, parçalandı, yenə də dediyindən dönmədi. Ölümünə fərman verənlər şairin ölümünün qarşısında öldülər. Kəlmələri dillərdə əzbər oldu. Qəzəlləri ruhları oxşadı, sözləri ümman olaraq, çirkabları təmizlədi.

         Nəsimi haqqında danışmaq fəxrdir, vüqardır, qürurdur. Söz ustadına, fəlsəfə dünyasının tacına söz ünvanlamaq çətin olsa da fərəhdir.”

       2019-cu il ”Nəsimi ili” elan olunub. Bəli, 600 ildən çoxdur, Nəsimi anılır, xatırlanır, bir yol tutulanda Nəsimi örnək olur. İllərə, əsrlərə sığmayan şair doğru söyləmişdir “İnsan laməkandır”: Məkan nisbətinə sığışmayan şairlə razılaşmamaq mümkün deyil.  Azərbaycanda dünyaya göz açan şair Suriyanın Hələb şəhərində edam olundu. Bu gün dünyanın əksər ölkələrində Nəsimi yaradıcıllığı öyrənilir,  Nəsimi gecələri keçirilir .

          Şair şəxsi həyatında xoşbəxt olmasa da yaradıcıllıq fəaliyyətində xoşbəxt şəxsiyyətdir, o  bizə  maraq və diqqət kəsb edən miras  qoyub.

          Tədbirdə Nəsiminin həyatı, yaradıcıllığı, yaradıcılığının təşkil edən əsərlər haqqında şagirdlər məlumat verdi. Şagirdlərimiz şairin məhəbbət lirikasına aid qəzəllərindən, tuyuğlarından, fəlsəfi şeirlərindən əzbər söylədilər. Tədbirdə şairin şeirləri, qəzəlləri, qəzəllərinin üzərində ifa olunan muğam parçaları, həmçinin “Nəsimi” filmindən kadrlar nümayiş edildi. Təqdimat vasitəsi ilə Nəsimi davamçılarının kim olduğu tədbir iştirakçılarına çatdırıldı. Tədbirin sonunda görkəmli müğənnimiz Zeynəb Xanlarovanın ifasında “Nəsimi” filmindən Tofiq Quliyevin “Söylədi yox-yox” musiqisi səsləndirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi