31 mart Azərbaycanlıların Soyqırım Günü

Uşaqlarda vətənpərvərlik hissinin formalaşması onların gələcək həyatını istiqamətləndirir. Müəllimin də əsas vəzifələrindən biri uşaqların həyatını doğru istiqamətləndirməkdir. Qənbərova Ofelya da belə müəllimlərdəndir. O, 30 mart 2019-cu il tarixində "31 Mart soyqırımı günü" ilə bağlı 2a sinfində təşkilat saatı keçirdi. Təşkilat saatında şagirdləri vətənpərvər ruhda yetişdirmək, onlarda vətənə məhəbbət hissini artırmaq üçün vətən uğrunda şəhid olanların qəhrəmanlıqlarından danışdı. Ofelya Qənbərova Şəhidlər xiyabanının xalqımızın qürur və şərəf yeri olmasını şagirdlərə başa saldı. 31 Mart xalqımızın soyqırımına həsr olunmuş təşkilat saatından sonra şagirdləri şəhidlər xiyabanına apardı. Şagirdlər şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərimizi yad etdilər, məzarları üstünə qərənfillər qoydular. Şəhidlər xiyabanını tez-tez ziyarət edib, yad etmək hər bir vətəndaşın borcudur. Allah şəhidlərimizə rəhmət eləsin.