“Milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması” mövzusunda “dəyirmi masa” keçirildi

Məlumdur ki, Respublika prezidenti İlham Əliyev cənabları 2018- ci ili "Azərbaycan Xalq Cümhuriyyəti" ili elan etmişdir. Bu fakt və Respublikamızın daxili və xarici siyasətinin vəzifələri, istiqamətləri, prinsipləri sübut edir ki, müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Bu vəzifələrə uyğun olaraq məktəbimizdə: Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sistemlərinin daha da təkminləşdirilməsi ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən 2.1. Milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması üzrə - "2.1.1 Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması. AXC nin mövcud olduğu dövrdə həyata keçirilən işlər. AXC-nin görkəmli nümayəndələri” mövzusunda 19 fevral 2019 - cu il tarixində dəyirmi masa keçirildi.Tədbirdə məktəbimizin 10b sinif şagirdləri fəal iştirak etdilər. Məktəbimizin tarix müəllimi Turabov Rasim Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun TÜRK-İSLAM tarixində rolunu 23 aylıq fəaliyyəti dövründə onun gördüyü tədbirləri bir daha qeyd edildi. Şagirdlərdən Tağızadə Türkan, Süleymanlı Fatimə, Abbasova Padilə fəal iştirak etdilər. Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şanlı, qəhrəmanlıq yoluna bir daha nəzər salındı və örnəklər götürüldü.