Şəhidlər xiyabanı ziyarət olunub

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçib. Keçmiş sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalıb. Yanvarın 19-da məktəbimizin II sinif şagirdləri və sinif rəhbəri Ağayeva Fiqumənin rəhbərliyi ilə   bu faciədə şəhidlərin məzarını ziyarət etdi. Onlar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, onlara rəhmət oxuyub, məzarlarının üzərinə gül dəstələri qoydular. Şəhidlərin məzarı önündə müəllimlər şagirdlərə izah etdi ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz azadlığımız uğrunda özünü qurban verən şəhidlərimizi heç vaxt unutmamalıyıq və həmişə vətənimizin azadlığı uğrunda mübarizəyə hazır olmalıyıq. Şəhidlərin qanı yerdə qalmamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi