Həmrəyliyimiz əbədidir

25 dekabr 2018-ci il tarixində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Çimnaz Ağayevanın 8b sinfində Azərbaycan dilindən ‘’Həmrəyliyimiz əbədidir’’ mövzusunda nümunəvi dərsi keçdi.

Ailədə, kollektivdə, cəmiyyətdə və bütün yer kürəsində həmrəylikdən gözəl heç nə ola bilməz. Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi ilə bağlı qəbul etdiyi tarixi fərman şagirdlər tərəfindən müasir həyatla faktlar əsasında əlaqələndirildi. Milli azadlığa gedən yol həmrəylikdədir.

     Şagirdlərin aydın, səlis, rəvan nitqi mövzu ilə bağlı tarixi faktlar, sitatlar söyləmələri ümid verən gələcəyimizdən xəbər verdi. Yeni-2019-cu il   birliyimizi daha da möhkəmləndirsin, dostlarınızın sayını artırsın.

          Ulu öndər Heydər Əliyevin 2001–ci ildə Dünya Azərbaycanlılarının  I Qurultayındakı tarixi çıxışından videosüjet və Həmrəylik himinin səslənməsi dərsi daha da rəngarəng etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi