Gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi

    Azərbaycan Respublikasının əldə etdiyi və Dünya birliyi tərəfindən tanınan iqtisadi, siyasi, sosial uğurları içərisində idman sahəsindəki nailiyyətlər xüsusi önəm daşıyır. Bu qələbələrdə kiçik də olsa ümumtəhsil məktəblərində çalışan fiziki tərbiyə müəllimlərinin əməyi vardır. Çünki böyük idmanın əhəmiyyəti potensialı ümumtəhsil məktəblərindəki yeniyetmələr və gənclərdir. Hər bir şagird Azərbaycanın, cəmiyyətimizin bir hissəsidir.
    Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021- ci illərdə” dövlət proqramını təsdiq edib. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək Gənclər və İdman Nazirliyinə həvalə olunub. Dövlət proqramının məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq və.s Sənəddə gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
-gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi;
-sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, taksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası;
-xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi;
-gənclər arasında ailə dəyərləri haqqında maarifləndirmə işinin gücləndirilməsi;
-gənclərin asudə vaxtının səmərəli təşkili və.s nəzərdə tutulub.

    Sağlamlıq və, güc və dözümlülük, zahiri gözəllik, ölkəmizin bütün gəncləri buna layiqdir. Sağlamlıq və gümrahlıq hissi oxumağa da, işləməyə də kömək edir. Fiziki hazırlığı olan adam heç vaxt, heç yerdə özünü itirmir, o istənilən işin öhtəsidən gələ bilir. Vətəni qorumaq lazım gəldikdə belələri hamıdan öndə gedir. Dövlət proqramına əsaslanaraq məktəbimizdə dərs prosesində və dərsdənkənar məşqlərdə şagirdlərin bacarıq və maraqları aşkar edilir. İdmanın növləri üzrə istedadlı şagirdlər idman bölmələrinə yönəldilirlər. Məktəbdə fəaliyyət göstərən idman bölmələrində dərsdən sonra şagirdlərimiz stolüstü tenis, voleybol, basketbol, futbol, badminton, karate ilə məşğul olur. Məktəbdaxili yarışlarda şagirdlər öz güclərini sınayır.
    Sağlamlıqlarında qüsurlar olan şagirdlərdə kənarda qalmır. Beləki bu şagirdlərimiz üzgüçülük, müalicəvi gimnastika, müalicəvi bədən tərbiyəsi ilə məşqul olur. Fiziki qüsurlu şagirdlərdən:
1. Səlimova Şüküfə Zaur qızı
2. Ramazanov Vüqar Şaiq oğlu
3. Bəgəliyeva Nəzrin Aftandil qızı
    Məktəbimizin şagirdləri futbol, güləş, karate, cüdo, şahmat idman növlərində Bakı, Respublika və Beynəlxalq dərəcəli yarışların iştirakçıları və mükafatçıları olub. Məktəbimiz böyük mehriban bir ailədir. Məktəbdə sağlam mühit höküm sürür. Müdriyyət və müəllim kollektivi əl ələ verib gənc nəslin sağlam, hərtərəfli inkişaf etməsi üçün var qüvvəsi ilə çalışır. Vətənimizin inkişaf və çiçəklənməsi naminə müəllim və şagird kollektivi yorulmadan çalışır, səylərini əsirgəmirlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi