Poeziya və musiqi

Məktəbimizdə “nümunəvi dərs”lərin keçirilməsi tapşırığına uyğun olaraq, 15 noyabr 2018-ci il tarixində məktəbimizin musiqi müəllimi Ağayeva Aytac Tofiq qızı musiqi fənnindən “Poeziya və musiqi” mövzusunda nümunəvi dərs keçdi. Vc sinfində keçirilən dərsdə Aytac Ağayeva özünün bəstələdiyi “musiqini sevək” mahnısını şagirdlərlə birgə ifa edərək, dərsin motivasiyasına rəng qatdı. Musiqi həyatını özündə birləşdirən məktəbli dünyasında, müəllim uşaqlarla birlikdə poeziya və musiqi ilə bağlı bir çox maraqlı faktlara toxundu. Şagirdlərin hazırladığı səhnəcik musiqi ilə poeziyanın vəhdətini tərənnüm edirdi. O, gənc olmasına baxmayaraq , musiqini şagirdlərə sevdirməyi bacarır. Kollektivimiz adından ona gələcək işlərində uğurlar arzu edirik.