Uşaq dünyamız

28.02.2015-ci il tarixindən başlayaraq 05.03.2015-ci il qədər 136№-li tam orta məktəbin II,III və IV -cü sinif şagirdlərinin iştirakı ilə “Uşaq dünyamız” adlı ədəbi-bədii gecə keçirmiş, müxtəlif nağıl qəhrəmanlarının obrazlarını, rollarını böyük səy və ustalıqla ifa etmişlər. Nağılları böyük həvəslə dinlyərək, müzakirələrdə iştirak etmiş, mənfi,müsbət obrazların xarakterlərini açıqlayaraq əldə etdikləri nəticələri bölüşmüşlər. Beləki , ata-babaların tarixi və məişəti, ölkənin coğrafiyası, milli adət-ənənələri, xarakterləri və s. haqqında məlumat əldə etmiş uşaqlar qəlbində nəcib hislər oyadan gələcəkləri haqqında gözəl və ümidli arzulara qanad verən nağılların, dünya uşaq ədəbiyyatını oxumağın əhəmiyyətlərini dərk etmişlər. Azərbaycan xalq nağılı “Cırtdan”, “Hiyləgər tülkü”, ”Birma nağılı”, “Qəşəng xoruz”, Qrim qardaşlarının ”Ağca qız və 7 cırtdan”, “Kəlilə və Dimnədən”, “Hiyləgərin sonu”, rus yazıçı S.Marianın ”Pişiyin evi”, S.Perronun “Qırmızıpapağın nağılı” kimi marqalı nağıllara müraciət etmişlər. Tədbir “Balaca oxucular” adlı mahnı ilə sona çatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi