İngilis dili fənnindən nümunəvi dərs keçirildi

Məktəbimizdə aprel ayı “ Xarici dil aylığı” elan edilmişdir. Məktəbdə fəaliyyət göstərən ingilis dili və rus dili müəllimləri xarici dilin inkişafı və bunun üçün görülən tədbirləri məktəbdə dilə aid müxtəlif mövzularda qəzetlərin çıxarılması, bilik yarışlarının, nümunəvi dərslərin, tədbirlərin keçirilməsi ilə start verdilər. Müəllimlər şagirdlərin xarici dilə olan marağını artırmaq məqsədilə bir sıra tədbir və nümunəvi dərslər təşkil etdilər.
Məktəbin ingilis dili müəllimi Məcidova Sevinc 24 aprel 2018–ci il tarixində 10d sinfində ‘’America a Friendly Country’’(Amerika –Dostcanlı Ölkə) mövzusunda nümunəvi dərs keçirmişdir. Dərsin məqsədi şagirdləri Amerikanın tarixi, himni, bayrağı, müxtəlif adət -ənənələri, dövlət idarə etmə sistemi, ilk prezidenti və prezident iqamətgahının tikilmə tarixi, sərhədlərin ən hündür dağları, zirvələri, ən uzun çayları, əsas sənaye istehsalı ilə tanış etmək olmuşdur.
Şagirdlərin bilik və bacarıqları dərsin gedişində kurikulum təhsil sisteminin prinsipləri əsasında təşkil edilmiş kollektiv, cütlərlə, qruplarla və fərdi yanaşmaya əsasən qiymətləndirilmişdir.