“Beynəlxalq Tolerantlıq Günü”
Bakı şəhəri Xəzər rayonu , R.M.Sadıqov adına 136 № -li tam orta məktəbdə “Beynəlxalq Tolerantlıq Günü” nə həsr olunmuş tədbirin keçirilməsi haqqında məlumat“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015 –ci il tarixli 263 nömrəli əmri ilə ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 3.9 –cu bəndinə əsasən “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda R.M.Sadıqov adına 136 № -li tam orta məktəbdə 16.12.2015 –ci il tarixdə geniş miqyaslı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru, xarici dil müəllimləri və şagirdlər iştirak etmişdir.Xarici dil fənni üzrə metodbirləşmə sədri Məcidova Sevinc, rus dili müəllimi İskəndərova Nazilə və ingilis dili müəllimi Həsənova Bəstinin təşkilatçılığı ilə tədbir ingilis və rus dillərində tolerantlığa aid məlumatların verilməsi, şeirlərin söylənilməsi, dialoqlar, tamaşaların nümayiş olunması, sülhə, tolerantlığa aid mahnıların, rəqslərin ifa olunması ilə reallaşmışdır.Tədbirin sonunda məktəbin direktoru Məmmədova Yaqut Paşa qızı çıxış edərək, belə tədbirlərin keçirilməsini xalqımız və övladlarımız üçün nə qədər tərbiyəvi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.