31 mart - Azərbaycanlıların Soyqırımı Günü

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə tədbirlər planına uyğun olaraq, birinci saat bütün siniflərdə bir dəqiqəlik sükutla soyqırım qurbanları anıldı. 29 mart 2018 –ci il tarixində məktəbimizin 7, 8, 9-cu siniflərdə ”Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda inşa müsabiqəsi keçirildi. Yazılmış inşalar müəllimlər tərəfindən yoxlanıldı daha maraqlı və əhatəli yazılan inşalar seçildi. Qaliblər siniflərdə elan olundu. Sinif rəhbərləri bu həftə ərzində keçirilən təşkilat saatlarını “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü – 100” həsr etdilər. Kitabxanada 10 – cu siniflərin iştirakı ilə “dəyirmi masa” keçirildi. Tarix müəllimləri Məmmədova Aysel və Turabov Rasim şagirdlərə bu faciənin baş vermə səbəblərindən söhbət açdılar. Şagirdlərin fikirləri dinlənildi. Rasim müəllim dediki : Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.