Azərbaycan dili fənni üzrə monitorinq keçirildi

Fevral ayı məktəbimizdə "Ana dili və ədəbiyyat aylığı" elan olunmuşdu. Silsiə tədbirlər keçirilmiş, nümunəvi dərslər dinlənilmişdir. Bununla bağlı I-X siniflərdə Azərbaycan dili fənni üzrə monitorinq keçirilmişdir. Şagirdlərin anlama, nəticə və tətbiqetmə bacarığının yoxlanılması üçün açıq suallara üstünlük verilmişdir. Monitorinqdə yüksək nəticə göstərən şagirdləri həvəsləndirmək məqsədi ilə məktəbin müdiriyyəti tərəfindən diplom və sertifikatla qiymətləndiriləcək. Uğurlu gələcəyin açarı elmdə , bilik və bacarıqdadır . Ana dilinin varlığı xalqımızın varlığıdır. Uşaqlara zehni bacarıqlarında uğurlar diləyirik.