"Ana dilim" adlı tədbir keçirildi

21 fevral 2022-ci il tarixində məktəbimizdə 1e sinif müəllimi Səbinə Yusifovanın rəhbərliyi ilə "Ana dilim" adlı tədbir keçirildi. Tədbirdə müxtəlif səhnələr göstərildi. Şagirdlər tərəfindən ifa edilən dahi Azərbaycan ziyalılarının obrazlarının dilindən ana dilimiz haqqında hikmətli ifadələr söylənildi. Müxtəlif əsərlərdən göstərilən səhnələrdə ədəbiyyatımızda da dilimizə verilən böyük dəyər bir daha nəzərə çatdırıldı. Balacaların rəqsləri, şən mahnıları tədbirə daha da rəng qatdı. Vətənin qürur mənbəyi olan qəhrəman oğulları ehtiramla yad edildi. Tədbirdə qonaq qismində şəhid analarının iştirakı və çıxışları hər bir kəsi duyğulandırdı. Sonda direktorumuz Aysel Şərbətova çıxış edərək şagirdləri belə gözəl tədbirə görə təbrik etdi, müəllimə təşəkkürünü bildirdi.