Qəhrəmanlıq səlnaməsi

29 noyabr 2021 – ci il tarixində, II Qarabağ müharibəsi zamanı Zəfər salnaməsinə adını yazan, xatirələrimizdə əbədi yaşayan Qüdrət Səfər oglu Həsənovun anım günüdür. Məktəbimizin 6a sinfinə Qüdrət Həsənovun adı verilib. 6a sinif sagirdləri, sinif rəhbəri Vahabova Təranənin rəhbərliyi ilə şəhidimizin xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq səlnaməsi” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Şərbətova Aysel, Bağırova Almaz, Əbilov Araz və başqaları istirak etmişdir.
Həsənov Qüdrət Səfər oğlu 20 oktyabr 1995-ci ildə Sabirabad rayonunun Qardaşkənd bölgəsində anadan olub. O, 27 sentyabr 2020-ci ildə könüllü olaraq II Qarabag müharibəsində iştirak edib. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunmasında qəhrəmanlıqla iştirak etmişdir. Son döyüşü Qubadlının azad olunması uğrunda olub. Çiynindən və ürəyindən güllə yarası alan Qüdrət 29 0ktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına“ görə medalı ilə təltif olunub.
Allah bütün şəhidlərə rəhmət eləsin!
#QarabağAzərbaycandır!