Qanlı yanvar-30

17  yanvar 2020-ci il tarixində məktəbdə tarix müəllimi Məmmədova Ayselin təşkilatçılığı ilə “Qanlı yanvar -30” başlığı altında tədbir keçirildi. Aysel müəllim tədbiri  bu məlumatla açdı:

“Azərbycan xalqının qəhrəmanlıq faciəsindən 30 il ötür. 1990 cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmek üçün ayağa qalxan dinc əhaliyə misli görünməmiş qətliyamn törədib. Lakin bu qanlı qətliyan xalqın azadlıq eşqini söndürə bilməyib, əksinə xalq qanı bahasına olsa da öz müstəqilliyinə qovuşub. Faciədə 147 nəfər şəhid olub, 683 nəfər yaralanıb 841 nəfər qanunsuz həbs edilib. Nəticədə, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin o cümlədən, Ümumidünya İnsan Hüquqlarına Bəyannaməsinin tələbləri pozulub. İlk etiraz səsinə isə Ümumilider Heydər Əliyev ucaldmış, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, vəhşiliyi pisləmiş bunu insanlığa zidd aksiya adlandırıb. Milli Məclisin 1994 ci ildə fevralında keçirilən iclasında bu hadisə hərbi təcavüz cinayət kimi qiymətləndirib. Prezdent İlham Əliyev də 20 yanvar şəhidlərinin xatirəsini uca tutur, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə daim xidmət edir.”

       Tədbirdə şagirdlər 20 yanvar faciəsinə həsr olunmuş şeir söyləməklə bərabər, o gün baş verən hadisələr haqqında ətraflı çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi